4 iyun  – Münaqişələr zonasında yaşayan uşaqların günü
04 iyun 2021 09:45 (UTC +04:00)

4 iyun – Münaqişələr zonasında yaşayan uşaqların günü

1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin məsələsi üzrə xüsusi sessiyasında ES-7/8 nömrəli qətnaməsi ilə hər il iyunun 4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü (International Day of Innocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara alıb.

Hərbi münaqişələr zonasında yaşayan uşaqlar – gələcəyi olmayan uşaqlardır. Bütün dünyada lokal münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında dəqiq statistika aparan yoxdur. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis edib. Bu günün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir.

Bu gün həm də BMTnin həmin uşaqların qorunması haqqında məsələdə öhdəliklərini təsdiq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991
avatar

Oxşar yazılar