“Xiaomi”  fləş kart olmadan   yaddaşı artırmağın yolunu tapdı
31 oktyabr 2023 18:58 (UTC +04:00)

“Xiaomi” fləş kart olmadan yaddaşı artırmağın yolunu tapdı

“Xiaomi” şirkəti yaddaş kartından istifadə etmədən smartfonların yaddaşını artırmağın yolunu tapıb. 

Lent.az xəbər verir ki, hələlik bu “hiylə”  “Xiaomi 14” smartfonlarında işləyir. Ancaq sonradan digər qadcetlər üçün də əlçatan olacaq. 

“Xiaomi 14” seriyalı smartfonların bu yaxınlarda elanı ən yüksək səviyyəli texniki xüsusiyyətlərinə görə böyük gündəm yaratmışdı. Bununla belə, təqdimat zamanı bəzi funksiyalara, o cümlədən “UltraSpace”ə çox az danışıldı.

“UltraSpace” fləş kartlardan istifadə etmədən yaddaşı bir qədər artırmaq üçün nəzərdə tutulmuş “Xiaomi”nin yeni texnologiyasıdır. Məsələn, 256 GB yaddaşa malik “Xiaomi 14 Pro” əslində 264 GB, 512 GB-lıq “Xiaomi 14” və “Xiaomi 14 Pro” isə 528 GB yaddaşa sahib olacaq.

Hər bir fləş yaddaş çipində cihazın sürətini artırmaq üçün istifadə olunan “Over-Provisioning” üçün ayrılmış bir sahə var. “Xiaomi” mühəndisləri performans və etibarlılıqdan ödün vermədən bu əlavə yeri boşaltmağın bir yolunu tapıblar. 

Hələlik bu texnologiya yalnız “HyperOS” sistemli “Xiaomi 14” seriyalı smartfonlarda işləyir. 

“HyperOS”un “MIUI” ilə müqayisədə əsas dəyişikliyi ondan ibarətdir ki, yeni konseptdəki smartfon bütün “Xiaomi” cihazları, yəni saatlar, televizorlar, marşrutlaşdırıcılar və hətta elektrik avtomobili üçün pult olacaq. Onların hamısı öz parametrləri ilə pərdədə görünəcək. Əvvəllər “HyperOS” dəstəyi almalı olan qadcetlərin böyük siyahısı onlayn yayımlanırdı.

Xatırladaq ki, dünən təqdim olunan Xiaomi 14 modelləri nəinki yeni HyperOS mikroproqramını alan ilklər idi, onlar həm də yüksək səviyyəli Snapdragon 8 Gen 3 və 3000 nit parlaqlığa malik dünyanın ilk displeyləri ilə təchiz edilib. Və onların çərçivələri “iPhone 15 Pro”dan daha nazikdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8141

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48