“WhatsApp”dan YENİLİK:  Qruplar ləğv ola bilər
14 oktyabr 2021 14:32 (UTC +04:00)

“WhatsApp”dan YENİLİK: Qruplar ləğv ola bilər

“WhatsApp”a yeni bir xüsusiyyət gəlir. Bu yenilikdən sonra “WhatsApp” qruplarının silinə bilinəcəyi fikri yaranıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, tətbiqin ən son beta versiyası “v2.21.21.6”da aşkar edilən sözügedən xüsusiyyətə “İcma” adı verilib.

Məlumata görə, hələ də sınaqdan keçirilən xüsusiyyətin “WhatsApp” qruplarını əvəz edə biləcəyi deyilir. Amma bununla bağlı rəsmi açıqlama yoxdur.

Kod simlərinə baxan rəsmilərin sözlərinə görə, həm qruplar, həm də “İcma” xüsusiyyəti birlikdə davam edə bilər. Amma dig'r versiyalara görə, qruplar “İcma” adı ilə dəyişdiriləcək.

# 19959
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar