“WhatsApp” messencerində kütləvi nasazlıq bir neçə ölkədə müşahidə olunub.
Lent.az xəbər verir ki, bu barədə internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytında məlumat verilib.
Xidmətin məlumatına görə, istifadəçilər mesajların göndərilməsi və qəbulu zamanı yaranan problemlərdən, həmçinin proqram və vebsaytdakı problemlərdən şikayət edirlər.
Ən çox narazılıq Hollandiya, Almaniya, Böyük Britaniya, İspaniya, ABŞ və Fransada qeydə alınıb.
Azərbaycanlı istifadəçilər də “WhatsApp”dan istifadə edərkən problem yaşayıblar.