"Twitter"dən ən çox  hansı ölkədə  istifadə edilir?
29 aprel 2022 11:24 (UTC +04:00)

"Twitter"dən ən çox hansı ölkədə istifadə edilir?

“Twitter” mikrobloq və sosial şəbəkə xidmətindən ən çox istifadə edən ölkələr müəyyən edilib.

Lent.az bildirir ki, Media Monitorinqi Agentliyi "Ajans Press"in statistika məlumatlarından əldə etdiyi məlumata görə, "Twitter" 2022-ci ildə 76,9 milyon istifadəçi ilə ABŞ-da ən çox istifadə olunub.

Yaponiya 58 milyon "Twitter" istifadəçisi ilə ikinci, üçüncü ölkə isə 23,6 milyon ilə Hindistan olub. Dördüncü yeri 19 milyonla Braziliyanın tutduğu görülüb.

Türkiyədə bu tətbiqdən 16,1 milyon insanın istifadə etdiyi müəyyən edilib.

Türkiyədə istifadəçilərin sayının Almaniya, İspaniya, Fransa kimi ölkələrdəki istifadəçi sayından qat-qat çox olduğu görülüb.

# 2595
avatar

Oxşar yazılar