Türkiyə rusiyalılar üçün  xüsusi hava yolu şirkəti   yaradır?
10 aprel 2022 15:00 (UTC +04:00)

Türkiyə rusiyalılar üçün xüsusi hava yolu şirkəti yaradır?

Türkiyə hakimiyyəti ölkənin kurortlarına yalnız rusiyalı turistləri daşıyacaq yeni aviaşirkət yaratmağı planlaşdırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aviaşirkət Antalya hava  limanında yerləşəcək və onun sərəncamında sığorta riskləri ilə yanaşı, ikinci dərəcəli sanksiyalara düşmə riski olmayan təyyarələr də olacaq. Bundan əlavə, ölkə hakimiyyəti hava sanksiyaları səbəbindən Rusiyadan gələn turistləri itirmiş böyük ev sahibi şirkətlərə dəstək üçün dövlət zəmanəti ilə kreditlər verməyi də planlaşdırır.

“Turkish Airlines”in reyslərində xüsusi olaraq “paket” turistlərin daşınması üçün artıq 1,5 milyon yer ayrılıb. Bildirilir ki, bu tədbirlər Türkiyəyə Rusiyadan turist axınına imkan verəcək.

# 4371
avatar

Oxşar yazılar