“Samsung”  bu çipləri   telefonlara geri qaytaracaq
28 iyul 2023 12:39 (UTC +04:00)

“Samsung” bu çipləri telefonlara geri qaytaracaq

“Samsung” şirkəti  “Exynos” çiplərini yenidən smartfonlara qaytaracaq.

Lent.az xəbər verir ki, “Samsung Galaxy S24” mobil cihazları qismən “Exynos” çiplərində buraxılacaq.

Cənubi Koreyanın “Samsung” korporasiyası özəl “Exynos” prosessorlarını bəzi flaqman smartfonlarına qaytarmaq niyyətindədir. Bu barədə “Pocket-lint” nəşri məlumat yayıb.

İnsayderlərin sözlərinə görə, şirkət bəzi flaqman “Galaxy S24” smartfonlarını “Exynos” prosessorları ilə təchiz etməyi düşünür. Çiplərin bəzi bazarlar üçün planlaşdırılan qurğularla təchiz ediləcəyi gözlənilir. Eyni zamanda, Qualcomm-dan olan çip seriyanın əsas prosessoru olaraq qalacaq.

Koreya korporasiyası əvvəllər öz flaqmanlarını xüsusi çiplərlə təchiz edirdi. Ancaq sonra tamamilə Qualcomm-un prosessorlarına keçdi. Belə ki, 2023-cü ilin əvvəlində buraxılan Galaxy S23 xəttinin cihazları Qualcomm Snapdragon 8 Gen 2 çipləri ilə təchiz edilib.

Mütəxəssislər qeyd ediblər ki, flaqman seriyası üçün şirkət mühəndisləri “Exynos 2400” prosessorunu sınaqdan keçirirlər. Birnüvəli sınaqlarda onun gücünün Snapdragon 8 Gen 2-nin performansına yaxın olduğu, çoxnüvəli testlərdə isə onu ötdüyü bildirilir.

Eyni zamanda, Qualcomm-dan yeni yüksək səviyyəli prosessorun ilin sonunda buraxılacağı qeyd edilib. “Galaxy S24” cihazlarının buraxılışı 2024-cü ilin əvvəlində baş tutacaq.

# 3576
avatar

Sevinc Fərid

Oxşar yazılar