Rusiyada YENİ TƏKLİF:  “Kiber ordu” yaradılsın
23 mart 2022 09:41 (UTC +04:00)

Rusiyada YENİ TƏKLİF: “Kiber ordu” yaradılsın

Rusiyada proqramçıların xarici şirkətlərə getməsinin qarşısını almaq və məşğulluq yaratmaq üçün “Kiber ordu”nun yaradılması təklif edilib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Rusiya ticarət və sənaye nazirinin müavini Vasili Şpak ölkə parlamentinin aşağı palatası Dumadakı çıxışında sanksiyaların tətbiq olunduğu Rusiyanın informasiya texnologiyaları sektoru ilə bağlı qiymətləndirmələr edərək deyib: “Rusiyanın kiber məkanda hərbi struktur qurması lazımdır. Dövlətin təhlükəsizlik və müdafiə məqsədləri üçün “Kiber ordu” yaratması tamamilə düzgün olardı. Beləliklə, həm kompüter proqramçılarını işlə təmin edərik, həm də onlar daha peşəkar və vətənpərvər yetişər. Belə bir addım proqramçıların xarici şirkətlərdə işləmək istəyini də azaldar”.

  Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden 21 mart açıqlamasında Rusiyanın sanksiyalara qarşı hərtərəfli kiber hücum hazırladığını bildirib. Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov isə Baydenin bu ittihamını rədd edərək “Rusiya əksər Qərb ölkələri, o cümlədən ABŞ kimi dövlət səviyyəsində quldurluqla məşğul deyil” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3306
avatar

Oxşar yazılar