Polis sürücüsüz hərəkət edən avtomobili saxladı -VİDEO
19 aprel 2022 00:25 (UTC +04:00)

Polis sürücüsüz hərəkət edən avtomobili saxladı -VİDEO

Hadisə ABŞ-ın Texas ştatında baş verib.

Lent.az-ın xəbərinə görə, gecə saatlarında xidmət aparan polis sürücüsü olmayan avtomobili saxlayıb. 

Bu zaman məlum olub ki, avtomobilin salonunda sərnişin də yoxdur. Yoldan keçənlər bu maraqlı hadisəni telefonla qeydə alıblar. 

Avtomobilin sahibi olan şirkət də məsələyə münasibət bildirib. Qeyd olunub ki, avtomobil sürücüsüz hərəkət edərkən polis avtomobilinə yol verib və bundan sonra dayanıb. Polis şirkətlə əlaqə saxladıqdan sonra məsələ yoluna qoyulub. 
 

# 3879
avatar

Oxşar yazılar