"Microsoft", "PayPal", "IBM", "Adobe", "Apple" şirkətləri də RUSİYADAN GETDİ
07 mart 2022 19:31 (UTC +04:00)

"Microsoft", "PayPal", "IBM", "Adobe", "Apple" şirkətləri də RUSİYADAN GETDİ

Ukraynada baş verən müharibə səbəbilə Rusiyada fəaliyyətini dayandıran şirkətlərin sayı getdikcə artır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu şirkətlər sırasına “Microsoft”, “Samsung”, “IBM”, “PayPal”, “Adobe”, “Apple” və s. daxil olub.

“Microsoft” Direktorlar Şurasının prezidenti Brad Smit bildirib ki, şirkət əməkdaşları Ukraynada baş verən hadisələrdən şokdadırlar. 

“Adobe” şirkətinin rəhbəri Şantanu Narayen şirkətin korporativ bloqunda deyib ki, “Adobe” artıq Rusiyada bütün yeni məhsulların satışlarını dayandırıb.
Qeyd edək ki, bundan sonra Rusiya vətəndaşları “Photoshop”, “Premiere Pro” və şirkətin digər məhsullarını rəsmi şəkildə ala bilməyəcəklər. 

“Adobe” şirkətinin məhsullarını əldə etmiş şəxslər onlardan istifadə etməyə davam edə biləcəklər. Lakin həmin məhsullardan istifadə müddətinin uzadılması mümkün olmayacaq. 

“Samsung” şirkətinə gəldikdə isə məlumata əsasən, o, öz smartfonları ilə prosessorlarının Rusiyada satışlarını müəyyən müddətlik dayandırıb. 

Ödəniş sistemlərinin bəyanatlarında qeyd edilib ki, “Mastercard” və “Visa”nı dəstəkləyən bank kartları Rusiya daxilində çalışmağa davam edəcək. Lakin həmin bank kartlarından Rusiyadan kənarda istifadə etmək mümkün olmayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Rəsul SARI

Oxşar yazılar