Məşhur bloqqer  5 köhnə video   yaydı:  Bir MİLYON DOLLAR   QAZANDI
09 aprel 2024 13:49 (UTC +04:00)

Məşhur bloqqer 5 köhnə video yaydı: Bir MİLYON DOLLAR QAZANDI

Ən məşhur "YouTube" bloqqeri "MrBeast" (Jimmy Donaldson) iki ay ərzində "X" sosial şəbəkəsində cəmi beş köhnə video yayımlayıb və onların monetizasiyasından 1 milyon dollar qazanıb.

Lent.az xəbər verir ki, bu barədə bloqqer "X"də özü paylaşım edib.

"MrBeast"in hər bir videosu sosial şəbəkədə 123 milyondan 177 milyona qədər baxış toplayıb. Ümumilikdə, "MrBeast"in videoları İlon Maskın platformasında 750 milyondan çox baxış yığıb:

“Hazırda X-də reklam gəliri təxminən bir milyon dollardır. Mən onları sadəcə olaraq video büdcəmə əlavə edirəm ki, məzmuna daha çox pul xərcləyə bilim”, "MrBeast" təcrübəsinin nəticələrini şərh edərkən yazıb.

Bloqqerin videolarını "X"də yayımlamağa davam edib-etməyəcəyi bilinmir. Bununla belə, "MrBeast" son paylaşımında "X" ilə olan təcrübəni “heyrətləndirici” adlandırıb. "MrBeast"in hazırda 250 milyon abunəçisi var və 2023-cü ildə 100 milyon dollardan çox gəlir əldə edərək (vergilər daxil olmaqla) "YouTube"un ən çox pul qazanan bloqçuları siyahısına başçılıq edir. Onun dərc etdiyi bir video orta hesabla 1,8 milyon dollar gəlir gətirir.

# 3267
avatar

Fidan İlqar

Oxşar yazılar