"Mercedes" şirkəti 1 MİLYONA   yaxın avtomobili geri çağırdı
06 yanvar 2022 19:12 (UTC +04:00)

"Mercedes" şirkəti 1 MİLYONA yaxın avtomobili geri çağırdı

"Mercedes" yanğın təhlükəsinə səbəb ola biləcək nasazlığa görə dünya üzrə 800 mindən çox avtomobili geri çağırır.

Lent.az-ın 24News.ge saytına istinadən məlumatına görə, bu barədə "Bild" nəşri məlumat yayıb.

Avtomobil sahiblərinə ünvanlanmış məktubda qeyd edilir ki, soyuducu nasosda nasazlıq aşkarlanıb və bu nasazlıqda bəzi hallarda yanğına gətirib çıxarır.

Eyni zamanda bildirilir ki, hazırda koronavirus pandemiyası fonunda avtomobil sürücüləri zəruri ehtiyat hissələrinin çatışmazlığı səbəbindən servis mərkəzlərinə müraciət edə bilməyəcəklər.

Söhbət 2017-ci ilin yanvarından 2021-ci ilin oktyabrınadək istehsal olunan dizel modellərindən gedir: GLC, GLE, GLS, C, E və S sinifləri, OM654 və ya OM656 mühərrikli CLS.

Həmçinin məktubda qeyd edilir ki, istehsalçı təsirə məruz qalan nəqliyyat vasitələrinin sahiblərinə avtomobildən mümkün qədər az istifadə etməyi tövsiyə edir.

# 3327
avatar

Sevinc Fərid

Oxşar yazılar