Maşın sürməyi asanlaşdıran 3  GÖZLƏNİLMƏZ SEÇİM
21 mart 2022 19:17 (UTC +04:00)

Maşın sürməyi asanlaşdıran 3 GÖZLƏNİLMƏZ SEÇİM

Yeni bir maşın seçərkən təcrübəli avtomobilçi həmişə bir anda bir neçə vacib xüsusiyyəti birləşdirən bir nəqliyyat vasitəsi tapmağı qarşısına məqsəd qoyur.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, belə ki, avtomobilin yaxşı dizaynı, güclü mühərrikinin olması və rahatlığı ilə seçilməsi arzu edilir.

Hər kəs maşın sürərkən hər hansı çətinliklə üzləşmək istəmir.

Bunun üçün aşağıdakı funksiyalardan ən azı birinə malik olan avtomobili seçməlisiniz.

Qızdırıcı ilə sükan

Qışda ovucların soyuq olması səbəbindən sükanı çevirmək çətin ola bilər.

Belə vəziyyətdə sürücü mexanizmlə normal işləyə bilməyəcək.
Ancaq sükan çarxı istiliklə təchiz olunarsa, problem tez həll olunur.

Avtomatik əyləc

Bu funksiya ilə təchiz edilmiş avtomobillərin yol qəzalarına düşmə ehtimalı azdır.

Beləliklə, avtomatik əyləc sürücünü və sərnişinləri mümkün yaralanmalardan, bəzən isə ölümlə nəticələnən qəzadan qoruya bilər.

“Kor zonaya” nəzarət

Sürücünün görə bilmədiyi boşluqları skan edən sensorlar varsa, avtomobil idarə etmək daha asan olacaq.

Cihaz dərhal sürücüyə “kor zonada” nəyinsə olduğunu bildirəcək.

Nəticədə avtomobilin ikinci avtomobil və ya hər hansı digər obyektlə toqquşması ehtimalı azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Oxşar yazılar