Kosmosa göndərilən teleskop artıq işləyir
22 mart 2022 09:03 (UTC +04:00)

Kosmosa göndərilən teleskop artıq işləyir

ABŞ Aerokosmik Agentliyi NASA-nın ötən il fəzaya yolladığı “James Webb” teleskopu ilk təsvirləri mərkəzə göndərib.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, 6,5 metr diametrində güzgüyə malik teleskopla ilk müşahidələr aparılıb. Cihaz Yerdən 2000 işıq ili məsafədə yerləşən ulduzun şəklini çəkib. Bu ulduzdan gələn işıq insan gözünün görə biləcəyindən 100 dəfə zəifdir. NASA-nın ekspertləri teleskopun işindən razı qalıblar.

Lakin “James Webb” hələ tam fəaliyyətə başlamayıb. Cihazda tənzimləmələr yaxın həftələrdə başa çatdıqdan sonra teleskop tam əməliyyat vəziyyətinə gətiriləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808
avatar

Oxşar yazılar