"Instagram"a yeni funksiya  əlavə edildi
17 mart 2022 06:37 (UTC +04:00)

"Instagram"a yeni funksiya əlavə edildi

Instagram tərtibatçıları fotoservisə valideyn nəzarəti (Parentel Controls) funksiyasını əlavə ediblər.

Lent.az technote saytına istinadən xəbər verir ki,hal-hazırda sözügedən funksiya yalnız ABŞ-da aktivdir. Lakin yaxın aylar ərzində onu digər regionlarda da istifadəyə verəcəklər. Bu yeni funksiya vasitəsilə valideynlər öz övladlarının Instagram-da nə qədər zaman keçirtdiklərini izləyə və onlar üçün sosial şəbəkədən istifadə üzrə zaman limitini təyin edə biləcəklər. Bundan əlavə olaraq valideynlər bu funksiyadan istifadə edərək öz övladlarının hansı istifadəçi hesablarını izlədiklərini və onların abunəçiləri siyahısında kimlərin olduqlarını öyrənə biləcəklər.

Yeniyetmələr öz növbələrində sosial şəbəkə daxilində arzuolunmaz davranışlarla qarşılaşdıqları barəsində valideynlərinə məlumat verə bilərlər. Qeyd etmək lazımdır ki, valideyn nəzarəti üzrə bu cür imkanlar həmçinin Meta şirkətinin digər platformalarına da inteqrasiya ediləcək. Buna misal olaraq Facebook-u gətirmək olar. Onu da qeyd etmək lazımdır ki, bu yeni funksiya valideynlərə övladlarının hansı paylaşımları bəyəndikləri və ya hansı paylaşımlara rəy bildirdiklərini görmək imkanını vermir.

Bununla yanaşı valideynlər bu funksiya vasitəsilə övladlarının mesajlarını da izləyə bilməzlər. Funksiya yeniyetmələrə gizli istifadəçi hesablarına sahib olmaq imkanını məhdudlaşdırmır. Sözügedən funksiyanın aktivləşdirilməsi üçün valideyn ilk növbədə övladının razılığını əldə etməli olacaq. Yaxın aylar ərzində Instagram daxilində valideyn nəzarəti funksiyasının imkanları bir qədər genişləndiriləcək. Məsələn valideyn müəyyən zaman intervalı təyin edəcək və onun övladı yalnız həmin zaman intervalı ərzində sosial şəbəkəyə daxil ola biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5553
avatar

Oxşar yazılar