İflic xəstəsi bu əməliyyatdan sonra  danışmağa başladı
28 mart 2022 19:58 (UTC +04:00)

İflic xəstəsi bu əməliyyatdan sonra danışmağa başladı

 Verilmiş məlumata əsasən yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən kişi pasient danışa bilmək bacarığını geri qazanıb. Bu isə yeni nevroloji implantın hesabına mümkün olub. Qeyd etmək lazımdır ki, məşhur alim Stephen Hawking də bu xəstəlikdən əziyyət çəkirdi. Sözügedən xəstəlikdən əziyyət çəkən pasientin danışa bilmək bacarığını geri qaytarmaq üçün mütəxəssislər həmin xəstənin beyninin Brok sahəsinə (nitqin təşkilatından cavabdeh olan sahə) xüsusi elektrodları cərrahiyyə üsulu vasitəsilə inteqrasiya ediblər.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, elektrodların beyinə yerləşdirilməsindən sonra mütəxəssislər yozumlar üçün nəzərdə tutulmuş ən uyğun beyin siqnallarını test etməyə başlayıblar. Hərəkət barədə siqnallaşdırmanın həddindən artıq asinxron olduğu məlum olandan sonra mütəxəssislər daha uğurlu test sisteminə keçid ediblər və həmin test sistemi çərçivəsində xəstə pasient lazımi səs tonunu sərgiləyə bilib. Daha sonra sistem daha da genişləndirilib və pasient “hə” ilə “yox” sözlərini deməyi bacarıb. Növbəti mərhələdə isə o, ayı-ayrı hərfləri səsləndirməyi bacarıb.

 Xəstənin hecalar vasitəsilə vahid cümlələri deməyi bacarmasına baxmayaraq, bu, çox zaman alıb. Belə ki, pasientin bir cümləni səsləndirməsi üçün 30 dədiqə vaxt lazım olub. Bu prosesin mənfi tərəfləri də ortaya çıxıb. Belə ki, pasientin beyninə inteqrasiya edilmiş implantın effektivliyi müəyyən müddətdən sonra aşağı düşür. Bunun səbəbləri isə məlum deyil. Mütəxəssislər güman edirlər ki, bunun səbəbi implant ətrafında əmələ gəlmiş çapıq toxumaları ola bilər. Lakin heç istisna deyil ki, implant effektivliyinin aşağı düşməsi xəstəliyin inkişafı və beyin zədələnməsinin genişlənməsi ilə bağlıdır.

# 2448
avatar

Oxşar yazılar