Günəşin ən yaxından  fotosu çəkildi
27 mart 2022 19:59 (UTC +04:00)

Günəşin ən yaxından fotosu çəkildi

Avropa kosmik gəmisi Solar Orbiter, Günəşin indiyə qədər olan ən yaxın şəklini çəkərək, onun xarici atmosferinin ən kiçik detallarını açıb. Yeri gəlmişkən, əvvəllər o, tarixdə ilk dəfə Günəşə toxunmuşdu.

Lent.az xarici mediaya istinadla bildirir ki, şəkillər martın 7-də, Solar Orbiter Yerlə Günəşin tam ortasında, hər iki cisimdən 75 milyon kilometr uzaqlıqda olarkən çəkilib.
Avropa Kosmik Agentliyinin bəyanatında deyilir ki, Solar Orbiter Günəşə yaxın olduğu üçün bütün günəş diskini təsvir etmək üçün 25 ayrı şəkil çəkməli olub.

Agentliyin məlumatına görə, zond operatorlarına bütün seqmentləri çəkmək üçün dörd saat vaxt lazım olub, çünki hər bir təsvir kosmik gəmini yenidən hədəfə almaq üçün lazım olan vaxt da daxil olmaqla 10 dəqiqəlik müddət tələb edirdi.

Bundan əlavə, Solar Orbiter Günəşin qeyri-adi xüsusiyyətini ələ keçirə bilib - məsafəyə görə soyumaq əvəzinə, günəş atmosferi əslində əhəmiyyətli dərəcədə isti olur.

Günəşin səthinin temperaturu təxminən 5000 dərəcə Selsi olduğu halda, xarici atmosferin, tacın temperaturu təxminən 1 milyon dərəcə Selsiyə çatır.

# 2877
avatar

Oxşar yazılar