"Facebook" və "Twitter" Rusiyada BLOKLANDI  - YENİLƏNİB
05 mart 2022 00:08 (UTC +04:00)

"Facebook" və "Twitter" Rusiyada BLOKLANDI - YENİLƏNİB

Rusiya ərazisində "Twitter"ə giriş məhdudlaşdırılıb.

Lent.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bu barədə Roskomnadzor məlumat yayıb.

***

22.36

Roskomnadzor Rusiya mediasına girişin məhdudlaşdırılmasına cavab olaraq “Facebook”u Rusiyada bloklamaq qərarına gəlib.

Lent.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bu barədə Roskomnadzorun saytında xəbər yayılıb.

Məlumata görə, 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

“Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”, - deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4645

Oxşar yazılar