Ən güclü smartfon – “iPhone”dan 3 dəfə ucuz
03 oktyabr 2023 14:20 (UTC +04:00)

Ən güclü smartfon – “iPhone”dan 3 dəfə ucuz

2023-cü ilin sentyabrına qiymətindən asılı olmayaraq ən güclü Android smartfonlarını siyahısı hazırlanıb. 

Lent.az xəbər verir ki, birinci siyahıda hamının gözlədiyi “iPhone 15 Pro Max”dan performans baxımından üstün olan “OnePlus” smartfonudur. 1 TB diskli versiyada “15 Pro Max” sınaqlarda 1,64 milyon xal toplayıb. Müqayisə üçün qeyd edək ki, “OnePlus Ace 2 Pro” isə analoji göstəricidə 1,66 milyon xal əldə edib və cari mövsümdə ən yaxşı performans göstərən Android smartfonu seçilib. 

İkinci yerdə “IQOO 11S”, ilk üçlüyü isə “Nubia Red Magic 8S Pro” tamamlayıb. Maraqlıdır ki, siyahıda bir dənə də “Samsung” modeli yoxdur və ən yaxşı “Xiaomi” modeli – “Xiaomi 13 Ultra” yalnız 9-cu yerdədir.

Onu da qeyd etmək lazımdır ki, reytinqdə 10 yerdən 9-u “Snapdragon 8 Gen 2” prosessoru əsasında qurulmuş cihazlar aiddir. 

Xatırladaq ki, “OnePlus Ace 2 Pro” smartfonu avqustun sonunda Çində satışa çıxarılıb. “Ace 2 Pro”nun 12/256 GB-lıq standart versiyasının qiyməti 410 dollardan başlayır. 24 GB RAM və 1 TB daxili yaddaşa malik modelin qiyməti 550 dollar olub.
 

# 28038
avatar

Sevinc Fərid

Oxşar yazılar