Dövlət işçilərinə “WhatsApp” və “Telegram”  qadağan edildi
02 sentyabr 2025 04:37 (UTC +04:00)

Dövlət işçilərinə “WhatsApp” və “Telegram” qadağan edildi

Fransada dövlət işçiləri, o cümlədən nazirlər təhlükəsizlik baxımından Fransa hökuməti tərəfindən hazırlanmış “Tchap” mesajlaşma proqramından istifadə etməlidir.

Lent.az xəbər verir ki, “Le Figaro” qəzetinin yazdığına görə, Fransa hökuməti təhlükəsizlik baxımından dövlət işçilərinə “Telegram” və “WhatsApp” kimi mesajlaşma proqramlarını işlətməyi qadağan edib.

Hökumət tərəfindən hazırlanmış “Tchap” proqramı dövlət işçiləri arasında təhlükəsiz ünsiyyəti təmin etməyə xidmət edəcək.

Artıq bütün dövlət işçilərinə sentyabrın birinə qədər “Tchap” tətbiqini endirmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar