Cızıqları  bərpa edəcək telefonlar istehsal olunacaq
16 oktyabr 2023 14:48 (UTC +04:00)

Cızıqları bərpa edəcək telefonlar istehsal olunacaq

2028-ci ilə qədər cızıqların bərpası funksiyasına malik smartfonlar istehsal olunacaq. 

Lent.az xəbər verir ki, qarşıdakı beş il ərzində smartfon bazarında böyük dəyişikliklər olacaq. 

Belə ki, zədələri özbaşına təmir edə bilən displeyli cihazlar smartfon sektoruna damğa vuracaq. 

Texnoloji tendensiyalara dair son hesabatlarında mütəxəssislər cızıqları və digər qüsurları düzəldə bilən nano örtüklərlə təchiz edilmiş yeni növ ekranların ortaya çıxacağını proqnozlaşdırır. Gələcək smartfonlarda istifadə olunacaq bu nano örtük zədələnmiş ekranların təmirinə kömək edən əsas komponent ola bilər.

Bununla belə, yeni nəsil smartfonların uğuru, ekspertlərin vurğuladığı kimi, istehlakçılar tərəfindən gözləntilərin düzgün formalaşdırılmasından asılıdır. 

O da qeyd edilir ki, qırılan ekranların özlərini tamamilə sağaldacağı gözlənilən deyil.  Bu, əsasən dayaz cızıqlar və səth zədələri üçün ən təsirli olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3555
avatar

Sevinc Fərid

Oxşar yazılar