"Apple"dan  YENİLİK
09 mart 2022 06:40 (UTC +04:00)

"Apple"dan YENİLİK

Apple şirkəti dünənki təqdimat tədbiri çərçivəsində Apple M1 prosessor seriyasının ən güclü modelini təqdim etdi.

Lent.az technote-a istinadən xəbər verir ki ,söhbət, 20 nüvəli Apple M1 Ultra-dan gedir. Sözügedən prosessoru ilk əldə etmiş kompüter isə Mac Studio oldu. M1 Ultra-nın əsas fərqləndirici özəlliyi onun UltraFusion adlı arxitekturaya sahib olmasındadır. Onun sayəsində Apple şirkəti 2 ədəd M1 Max çipini bir böyük prosessorda birləşdirib. Bu, M1 Max-da saniyədə 2.5 TB sürətli ötürmə qabiliyyətinə sahib prosessorlararası birləşmə özəlliyi hesabına mümkün olub. Nəticədə M1 Ultra M1 Max-ın göstəricilərini iki dəfə yüksəldir.

20 nüvəli M1 Ultra özündə 64 nüvəli GPU-nu 32 nüvəli neyron prosessorunu birləşdirir. UltraFusion arxitekturası yarımkeçirici alt təbəqə hesabına 2 prosessor kristalının birləşməsini təmin edir. Həmin alt təbəqədən isə 10.000-dən çox birləşmə keçir. Bunun hesabına Apple 114 milyard tranzistordan ibarət nəhəng vahid çip əldə edə bilib. Apple bildirib ki, M1 Ultra-nın performansı adi M1-dən 8 dəfə yüksəkdir. Bundan əlavə olaraq təqdimat zamanı Apple bildirib ki, Core i9-12900K ilə müqayisədə M1 Utra modeli eyni enerji sərfiyyatı rejimində 90% daha yüksək performansı təmin edir.

M1 Ultra-nın ən yüksək enerji sərfiyyatı göstəricisi Intel prosessorları ilə müqayisədə 100 vatt daha aşağıdır. Prosessorun qrafik gücünə gəldikdə isə Apple şirkətinin verdiyi məlumata əsasən onun gücü GeForce RTX 3090-nın gücü ilə eynidir. M1 Ultra-nın yaddaşının ötürmə qabiliyyəti saniyədə 800 GB təşkil edir. Bundan əlavə olaraq prosessor 128 GB-a kimi RAM yaddaşını dəstəkləyir. Sözügedən prosessor ilk olaraq Mac Studio kompüterinə quraşdırılıb. Lakin heç istisna deyil ki, gələcək Mac Pro modelləri də bu prosessor ilə təchiz olunsunlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3018
avatar

Oxşar yazılar