"Apple"dan NARAZILIQ:   Uşaqlara pornoqrafiyaya baxmağa icazə verdi
31 iyul 2023 13:34 (UTC +04:00)

"Apple"dan NARAZILIQ: Uşaqlara pornoqrafiyaya baxmağa icazə verdi

Amerikanın “Apple” şirkətinin qadcetlərindən istifadə edən ailələr kütləvi şəkildə valideyn nəzarətinin düzgün işləməməsi ilə bağlı problemlərdən şikayətlənirlər, buna görə uşaqlar qadağan olunmuş proqramlara və pornoqrafiya olan saytlara daxil olurlar.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, Bostonda yerləşən CEO Mark Rou bildirib ki, "Mənim dörd övladımdan birinin ailə paylaşım parametrlərini yoxladığım zaman böyüklər üçün veb sayt məhdudiyyətləri aradan qalxıb".

Onun sözlərinə görə, “Apple”ın uğursuzluğuna görə o, hər övladının bütün cihazlarını yenidən quraşdırmalı olub. Rou şirkətin ən qısa müddətdə problemi lazımi qaydada həll edə bilməməsinə əsəbləşib.

Digər valideynlər bildiriblər ki, onların parametrləri də uşaqları limitsiz oyun vaxtı və ya hətta böyüklər üçün məzmuna giriş imkanı verir.

"Bu funksiya illərdir yaxşı işləyir, amma indi limitləri təyin etdiyim üçün, bir gün və ya daha az müddətdə birdən-birə yox olurlar" deyə istifadəçilərdən biri sosial şəbəkələrdə vəziyyəti təsvir edib.

"Apple" funksiyada texniki nasazlıq faktını təsdiqləyib və vəziyyətə baxacağını vəd edib. “Bəzi istifadəçilərin gözlənilməz Ekran Vaxtının sıfırlanması problemi ilə üzləşə biləcəyini bilirik. Biz bu hesabatları çox ciddi qəbul edirik”, - şirkətin sözçüsü əlavə edib.

# 2742
avatar

Fidan İlqar

Oxşar yazılar