“Apple” yeni “iPhone 16e”ni  təqdim etdi
19 fevral 2025 22:46 (UTC +04:00)

“Apple” yeni “iPhone 16e”ni təqdim etdi

“Apple” “iPhone 16” seriyasının bir hissəsi olan ən son smartfonu, “iPhone 16e”-ni nümayiş etdirib.

Lent.az xəbər verir ki, məhsul “güclü imkanlara malik, lakin daha sərfəli qiymətə” devizi ilə təqdim olunub.

Telefon iki rəngdə - ağ və qara, daxili yaddaş üçün isə üç variantda - 128, 256 və 512 GB-da satışa çıxacaq.

“Apple Store” mağazasında 128 GB bazaya malik cihazın qiyməti 599 dollar, 256 GB bazaya malik cihazın qiyməti 699 dollar, 512 GB bazaya malik cihazın qiyməti isə 899 dollar təşkil edir.

Smartfon qutuda sürətli şarjı dəstəkləyən USB-C kabeli ilə, lakin adaptersiz gəlir. Yeni “iPhone” “Apple Intelligence” ilə təchiz olunub.

“iPhone 16e” avtofokuslu 48 meqapiksellik kamera və 2x böyütmə ilə təchiz olunub.

6,1 düymlük ekrana malik “Apple” bu ölçülü iPhone üçün ən uzun batareya ömrünə sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944

Oxşar yazılar