“Apple” “iPhone 15 Pro”lə  bağlı problemi düzəltmədi – Şikayətlər..
16 oktyabr 2023 15:58 (UTC +04:00)

“Apple” “iPhone 15 Pro”lə bağlı problemi düzəltmədi – Şikayətlər..

“Apple” şirkəti “iPhone 15 Pro”nun həddindən artıq istiləşməsi problemini həll etməyib. 

Lent.az xəbər verir ki, “Apple”ın flaqman smartfonlarının istifadəçiləri yeniləmə buraxıldıqdan sonra da cihazların isinməsindən şikayətlənməyə davam edirlər. 

Bir müddət əvvəl yeni modellərdə isinmənin artması ilə bağlı şübhə var idi və “Apple” problemi həll etməli olan iOS 17.0.3 yeniləməsini buraxdı. Bununla belə, istifadəçilər smartfonların həddindən artıq istiləşməyə davam etdiyini müşahidə ediblər.

Smartfon sahiblərindən birinin sözlərinə görə, cihaz hətta normal istifadə zamanı da qızmağa başlayıb. Belə ki, bir dəqiqədən çox davam edən danışıq zamanı və eyni anda 4-5 fotoşəkil çəkərkən cihazın arxa panelinin istiliyi artır. Belə ki, təqdim olunan yeniləmə problemi həll etməyib.

Məsələ ilə bağlı “Apple” heç bir açıqlama verməyib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5385
avatar

Sevinc Fərid

Oxşar yazılar