Yol polisindən bayramla bağlı sürücülərə  XƏBƏRDARLIQ
17 mart 2021 19:02 (UTC +04:00)

Yol polisindən bayramla bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı öncəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən Lent.az-a verilən məlumatda qeyd olunur ki, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar: “Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı ekologiyanın çirklənməsinə xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur.

Sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, bu cür xoşagəlməz addımlar əhalinin narahatçılığına və haqlı narazılığına səbəb olmaqla yanaşı həmçinin inzibati xətadır. Bu hal İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyət yaradır. Bir daha sürücülərdən xahiş edirik ki, bu növ qayda pozuntularını törətməkdən çəkinsinlər. Unutmamalıyıq ki, Novruz təbiətin insanlara bəxş etdiyi bayramdır. Ətraf, mühiti və təbiəti qorumaq isə özümüzdən aslıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2628
avatar

Oxşar yazılar