Yenə qar yağır - FAKTİKİ HAVA
22 fevral 2025 19:37 (UTC +04:00)

Yenə qar yağır - FAKTİKİ HAVA

Bu gün Azərbaycanda saat 19:00-a olan faktiki hava açıqlanıb.

Bakı və Abşeron yarımadasının hava durumu

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar yağır.

Rayonlarda hava necədir?

Eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Balakən, Şəki, Şamaxı, İsmayıllı, Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Mingəçevir, Yevlax, Goyçay, Zərdab, Beyləqan, Quba, Qusar, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada da qar yağır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1108

Oxşar yazılar