Yağışlar nə vaxt kəsəcək? AÇIQLAMA
22 oktyabr 2024 09:39 (UTC +04:00)

Yağışlar nə vaxt kəsəcək? AÇIQLAMA

“Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək”.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir:

“Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda  tədricən kəsiləcək”.

Onun sözlərinə görə, oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3240
avatar

Oxşar yazılar