Yağış yağacaq,   bu ərazilərdə 16 dərəcə şaxta  olacaq - Sabahın HAVASI
12 fevral 2025 12:28 (UTC +04:00)

Yağış yağacaq, bu ərazilərdə 16 dərəcə şaxta olacaq - Sabahın HAVASI

Fevralın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

Atmosfer 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735

Oxşar yazılar