İyulun 21-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında uzun müddət davam edən durğun isti-diskomfort hava şəraitini şərtləndirən yüksək temperatur və cənub-şərq küləyi iyulun 22-24-də mülayim xəzri ilə əvəz olunacaq.
Bu da, havada nisbi rütubətin bir qədər azalmasına səbəb olmaqla, istinin təsirini nisbətən mülayimləşdirəcək.