Senytyabr ayında gigiyenik normalara cavab verməyən 86 müəssisənin sahibkarı cərimələnib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Belə ki, respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən ötən ay ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 86 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 19 obyektin istismarının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib, 23 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 974, mikrobioloji göstəricilərinə görə 1060, toksikoloji göstəricilərinə görə 331, radioloji göstəricilərinə görə 36 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 9-da orqanoleptik və fiziki-kimyəvi, 10-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 2692 yaxma nümunəsi, 26 soyuq qəlyanaltı nümunəsi götürülüb, 53 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.