Sabah imtahan verəcək şagirdlərin sayı bəlli oldu
24 iyun 2013 17:06 (UTC +04:00)

Sabah imtahan verəcək şagirdlərin sayı bəlli oldu

Sabah 1050 şagird buraxılış imtahanı verəcək. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 9 şəhərdə - Bakı, Naxçıvan, Gəncə,  Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada keçiriləcək.

 

İmtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də ekstern qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər iştirak edə bilərlər.

 

Bakıda 251, Naxçıvanda 14, Gəncədə 136,  Şəkidə 111, Ağcabədidə 37, Göyçayda 103, Şirvanda 134, Lənkəranda 143,  Qubada 121 şagirdin iştirakı gözlənilir.

 

İmtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılıb. İmtahan prosesini idarə etmək üçün 12 imtahan rəhbəri, 98 nəfər isə zal nəzarətçisi cəlb olunub.

 

Bütün imtahan mərkəzlərində  buraxılış imtahanları eyni vaxtda  saat 12:00-da başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar