Dövlət Bayrağı Gününə həsr olunan müsabiqə keçiriləcək
27 sentyabr 2013 15:59 (UTC +04:00)

Dövlət Bayrağı Gününə həsr olunan müsabiqə keçiriləcək

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tələbələr arasında “Bayrağımız qürur mənbəyimizdir” adlı foto, 6-13 yaşlı şagirdlər arasında rəsm müsabiqəsi elan edir. İdarədən Lent.az-a verilən məlumata görə, foto-müsabiqədə iştirak etmək arzusunda olan tələbələr oktyabrın 10-dək [email protected] ünvanına şəxsiyyəti təsdiq edən sənədin fotosurətini və əlaqə telefonunu göndərməlidirlər. Meydanın kənardan çəkilmiş yüksək keyfiyyətli rəngli və rəngsiz fotoşəkilləri isə jpg, jpeg, raw, raw + formatda oktyabrın 25-dək  dbm@flag.gov.az ünvanına Google Drive, wetransfer.com, sendspace.com və s vasitəsilə təqdim edilməlidir.

 

Üç fotonun qalibi təşkilat komitəsi tərəfindən seçilərək qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

 

Rəsm müsabiqəsinin iştirakçıları isə Dövlət Bayrağı Gününə həsr olunan istənilən üsulla çəkilən A2-A3 formatlı, rəngli rəsm işlərini, müəllifin doğum haqqında şəhadətnaməsinin surətini oktyabrın 25-dək Dövlət Bayrağı Meydanına təqdim etməlidir.

 

Azərbaycanın dövlət rəmzlərinə dair müvafiq qanunvericiliyə, eləcə də müsabiqə şərtlərinə uyğun olmayan şəkillər müsabiqəyə qəbul edilməyəcək. Təqdim edilən işlər geri qaytarılmır və onlara dair bütün müəlliflik hüquqları Azərbaycan Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1568

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38