Bakıda sahibsiz heyvanlar üçün xeyriyyə hərracı
08 aprel 2013 13:37 (UTC +04:00)

Bakıda sahibsiz heyvanlar üçün xeyriyyə hərracı

 

 

Aprelin 7-sində “Sahibsiz Heyvanlara Qayğı” (BARS) ictimai birliyi xeyriyyə məqsədi ilə tədbir keçirib. Birliyin sədri Leyla Axundova Lent.az-a müsahibəsində bildirib ki, tədbirin keçirilməsinin ilkin məqsədi “BARS” ictimai birliyinin sosial video rolikinin təqdimatı olub: “Biz insanların heyvanlara qarşı laqeyd münasibətinin dəyişməsinə çalışırıq. Bizim video roliki “New Vision” studiyası çəkib”.
 

Tədbirdə gənc rəssamların rəsm əsərləri satışa çıxarılıb. Satışdan əldə edilən pul birliyinin fonduna bəxş edilib. Hərracı tanınmış şoumen Murad Dadaşov aparıb. Bundan başqa tədbirdə tanımış müğənnilərdən Samirə Allahverdiyeva, Elnur Hüseynov, Sevda Ələkbərzadə, Eldar Qasımovda çıxış ediblər.


Respublikanın Əməkdar Artisti Tünzalə Ağayeva da tədbirdə qonaq qismində iştirak edib: “Bu ideyanı alqışlayıram. Küçə heyvanlarının qorunması mesajı ictimai insanlar tərəfindən verilməsi çox gözəl bir şeydir. Biz bu mədəniyyətə də gəlib çatmalıyıq. Ümumiyyətlə təbiət, ekologiyanın qorunması daim aktual mövzudu. Mən hesab edirəm ki, şəhər həyatı ilə əyalət həyatı fərqlidi. Əyalətdə təbiət daha rahat nəfəs ala bilir. Şəhərdən uzaq yerlərə sənayenin az olduğuna görə heyvanlar orda daha huzurlu yaşayIrlar. Böyük şəhərlərdə insanlar daha acımasızdır, təbiətə qarşı çox ədalətsiz davranırlar. Alimlərin belə bir sözü var, ən dəhşətli , yırtıcı varlıq insandı. Biz heyvanların həyatına bilavasitə müdaxilə edirik, onları rahat yaşamağa qoymuruq. Küçələrdə yaşayan çox heyvanlar var. Onları qorumaq lazımdır”.


Müğənni Samirə Allahverdiva da bu cür tədbirlərin daha çox keçirilməsinin vacibliyini qeyd edib: “Evsiz heyvanlara yardım etmək hər kəsin borcudu. Bu yolda hər kəs birləşib, birlikdə tədbirlər keçirməliyik”.


Qeyd edək ki, “BARS-Sahibsiz Heyvanlara Qayğı” ictimai birliyi 3 ildir əvvəl fəaliyətə başlayıb. İl yarımdır ki, rəsmi qeydiyyatdan keçib. Könüllü çalışanların sayı 4 mindən çoxdur. Birliyin qorunması altında 50-dən it, yüzlərə pişik var.

 

# 1207
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar