Univeristetlərdə "kartdan-karta" pul  QALMAQALI - AÇIQLAMA
14 may 2025 17:05 (UTC +04:00)

Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA

Bir neçə universitetin bufetinə "kartdan-karta" ödəniş etmək üçün bank kartının 16 rəqəmi yazılmış lövhələr yerləşdirilib, Tələbələr bildirirlər ki, onlara onlayn ödəniş etmək istədikdə POS terminal yox, kart nömrəsi təqdim olunur. 

Lent.az bununla bağlı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Slavyan Universitetində çəkilən fotolar əldə edib.

Fotolardan aydın olur ki, bufetlərdə "kartdan-karta" ödəniş üçün nömrə qoyulub.

Məsələni dəqiqləşdirmək üçün sözügedən universitetlərə sorğu ünvanladıq.

UNEC-dən sorğumuza cavab olaraq bildirildi ki, hazırda universitetdə "kartdan-karta" ödəniş mövcud deyil. 

Bakı Slavyan Universitetindən isə qeyd olundu ki, məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, həmin gün texniki səbəblərdən POS-terminal müvəqqəti olaraq işləməyib:

"Bu hal yəməkxana əməkdaşları tərəfindən düzgün olmayan üsulla - kart nömrəsi vasitəsilə ödənişlərin həyata keçirilməsi ilə nəticələnib.

Universitet rəhbərliyi bu məsələni dərhal nəzarətə götürüb və müvafiq qayda pozuntusuna görə yeməkxana əməkdaşları cəzalandırılıb. Həmçinin, bu cür hallar bir daha təkrarlanmasın deyə müvafiq xəbərdarlıq olunub, "kartdan-karta" ödəniş üsulunun tamamilə yığışdırılması təmin edilib".

Qeyd edək ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 17-ci maddəsinə əsasən  ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin, eləcə də dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının, həmçinin haqlarının ödənilməsi üçün müvafiq POS-terminalların quraşdırılması mütləqdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar