Toylarda bu qədər adam  həbs   olunub -  RƏSMİ
20 avqust 2021 11:39 (UTC +04:00)

Toylarda bu qədər adam həbs olunub - RƏSMİ

Toylarda keçirilən monitorinqlərin nəticəsi açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı danışıb.

O bildirib ki, iyulun 1-dən bu günə qədər 4 865 toy şənliyinin monitorinqi keçirilib:

“Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 46 899 nəfərin COVID-19 pasportu olmayıb. Onlar arasında aktiv xəstələr də olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Mehman Nəbiyev

Oxşar yazılar