Səhiyyə Nazirliyindən Psixiatriya xəstəxanasında baş verən insidentə REAKSİYA
15 avqust 2024 08:46 (UTC +04:00)

Səhiyyə Nazirliyindən Psixiatriya xəstəxanasında baş verən insidentə REAKSİYA

Dünən Maştağada yerləşən 1 saylı Psixiatriya xəstəxanasında xəstə döyülməsi ilə bağlı xəbər vermişdik. 

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır:

“Qeyd edilən hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb və araşdırmalara başlanılıb. Araşdırmalar başa çatdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, dünən Maştağada yerləşən 1 saylı Psixiatriya xəstəxanasında xəstə döyülməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə döyülən xəstənin oğlu video paylaşıb. Onun sözlərinə görə, atasını orada döyüblər:

“Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi? 

Mən bu paylaşımı tək atama görə yox, hazırda orada olan, sabahsı gün yolu ora düşəcək olan hər kəs üçün edirəm. 
İki gün əvvəl təcili yardımla ora aparıblar, orada da döyüblər. Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, təcili yardım çağırmışıq gəlib aparmırlar, həkim deyir xəstə ölür, evə getsin. Belə şey olar?
Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq.
Polisə də vaxtında məlumat vermişik, saat 10-11 arası gəldi, yazdı, getdi. Hələ də ekspertiza etməyiblər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Fidan İlqar

Oxşar yazılar