Bakıya  yağış,   bu ərazilərə sulu qar  yağacaq - Sabahın HAVASI
04 aprel 2025 12:27 (UTC +04:00)

Bakıya yağış, bu ərazilərə sulu qar yağacaq - Sabahın HAVASI

Aprelin 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24910

Oxşar yazılar

Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

10 aprel 2025 , 12:20
Bakıda 4 gün komada qalan  hamilə qadın doğdu

Bakıda 4 gün komada qalan hamilə qadın doğdu

10 aprel 2025 , 11:29
Baş Prokurorluğun nümayəndə heyəti Argentinaya getdi

Baş Prokurorluğun nümayəndə heyəti Argentinaya getdi

10 aprel 2025 , 11:00
Bakının bu qəsəbəsinin suyu kəsilir

Bakının bu qəsəbəsinin suyu kəsilir

10 aprel 2025 , 10:30
Arı saxlayanlara nə qədər pul verilir? – CAVAB

Arı saxlayanlara nə qədər pul verilir? – CAVAB

10 aprel 2025 , 10:14
Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA

Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA

10 aprel 2025 , 09:54
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

10 aprel 2025 , 08:27
Ağdamın Sarıcalı kəndinə  növbəti köç yola salındı

Ağdamın Sarıcalı kəndinə növbəti köç yola salındı

10 aprel 2025 , 06:46