Ronald Arauxo "Barselona"nın baş məşqçisi Hansi Flikin ona münasibətindən narazıdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 26 yaşlı mərkəz müdafiəçisi İspaniya komandasını tərk etməyə hazırdır.
Futbolçunun Kataloniya klubunu start heyətindən çıxarıldığı bildirilir. "Barsa"nın baş məşqçisi son vaxtlar mərkəzi müdafiədə daha çox Kubarsa və Martinesi oynadır. Buna görə də uruqvaylı ikinci dərəcəli oyunlarda meydana çıxmaq məcburiyyətində qalır.
Arauxo Çempionlar Liqasının 1/4 finalında Dortmund “Borussiya”sıilə görüşdə ehtiyat oyunçular skamyasında qalsa, tamamilə məyus ola bilər. Bu, mərkəz müdafiəçisinin mövsümlərarası fasilədə kataloniyalıları tərk etməsinə səbəb olacaq. Müdafiəçinin sərbəst qalma məbləği 60 milyon avrodur.