Dominikan Respublikasının paytaxtında "Jet Set" gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 113-ə çatıb.
Lent.az xəbər verir ki, bununla bağlı ölkənin Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru məlumat yayıb.
Məlumata görə dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilənlərin sayı isə 255 nəfəri ötüb
***
05:50
Dominikan Respublikasının paytaxtında Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.
Lent.az xəbər verir ki, bu barədə yerli "Diario libre" qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb.
***
05:14
Dominikan Respublikasında gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb.
Lent.az APA -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzinin direktoru Xuan Manuel Mendes El Demócrata Multimedios nəşrinə məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 155 nəfər xəstəxanaya yerləşdirilib.
***
22:53
Dominikan Respublikasında yerləşən “Jet Set” gecə klubunun uçması nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.
Lent.az APA -ya istinadən xəbər verir ki, bu barədə "Listin Diario" nəşri məlumat yayıb.
Hadisə nəticəsində 146 nəfər xəstəxanalara yerləşdirilib.
Qeyd olunur ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.