Kadırov polisə hücum edənin meyitini meydanlarda nümayiş etdirir  - VİDEO
10 aprel 2025 12:18 (UTC +04:00)

Kadırov polisə hücum edənin meyitini meydanlarda nümayiş etdirir - VİDEO

Çeçenistanda yol polisinə hücum edən 17 yaşlı oğlanın meyiti meydanda sakinlərə nümayiş etdirilib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, sakinlər bu barədə sosial şəbəkələrdə videolar paylaşırlar.

Qeyd olunur ki, bir yeniyetmənin meyiti küçədən götürülməyib. Ehtimallara görə, bu, 17 yaşlı Eskerhan Xumaşevdir. Bundan əvvəl, aprelin 7-də Açxoy-Martanda Axmat Kadırov küçəsində yerləşən keçid məntəqəsində gənc oğlan bıçaqla polis əməkdaşlarına hücum edib. Hücum nəticəsində yol polisi əməkdaşlarından biri ölüb, biri də yaralanıb və cavab atəşi ilə Xumaşevi öldürüb.

Videoya əsasən, öldürülən yeniyetmənin meyiti Açxoy-Martan bələdiyyə dairəsinin administrasiyası yaxınlığında da insanlara göstərilib. İnsanlar meyitin ətrafına toplaşıblar. Çox güman ki, toplaşanların bəziləri Xumaşevin qohumları olub.

Dünən Ramzan Kadırov təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə yol polisi postuna hücumun təşkilatçılarının Türkiyə və Ukraynada olduğunu bildirib. Kadırov həmçinin bildirib ki, Xumaşevin əməllərinə görə hücum edənin yaxınları cavab verməlidir.

"Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyası FTX ilə birlikdə bunun arxasında duranların ata və qardaşlarını respublikadan çıxarmalıdır. Onların əmlakı müsadirə edilməlidir. Bundan sonra onlar Ukraynaya işləməyə son qoymasalar, o zaman digər qohumları deportasiya edilməlidir. Eyni şey yol polisi postuna hücum edənə də aiddir", - Kadırov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1520

Oxşar yazılar