Bütün dövrlərin ən yaxşı   musiqi klipləri -VİDEO
09 aprel 2025 18:04 (UTC +04:00)

Bütün dövrlərin ən yaxşı musiqi klipləri -VİDEO

İstifadəçilər arasında keçirilən sorğu nəticəsində, bütün zamanların ən yaxşı musiqi klipi müəyyən edilib.

Lent.az xəbər verir ki, səsvermənin qalibi, 2009-cu ildə "YouTube" platformasında yayımlanan, lakin 1989-cu ildə çıxan bir kompozisiyanın klipi olub.

Sorğu “ListChallenges” portalında keçirilib və nəticələrə əsasən, bir çox məşhur solo ifaçı və qrupların musiqi klipləri namizədlər siyahısına daxil edilib. Bunlar arasında Maykl Cekson, Nirvana qrupu, The Beatles, Eminem, Kendrik Lamar və başqaları var idi. Lakin onlar birinci yeri tuta bilməyiblər.

Reytinqin lideri amerikalı ifaçı Madonnanın "Like a Prayer" kompozisiyasına çəkilmiş klipi olub. Bu mahnı 1989-cu ildə çıxıb və eyni adlı dördüncü studiya albomuna daxil edilib. Klip 2009-cu ildə "YouTube"da yayımlanıb və bu müddət ərzində 341 milyondan çox baxış toplayıb.

İkinci yerdə islandiyalı müğənni Björk "It's Oh So Quiet" mahnısına çəkilmiş klipi ilə qərarlaşıb, üçüncü yeri isə amerikalı ifaçı Maykl Cekson "Billie Jean" kompozisiyasının klipi ilə tutub.

Qeyd etmək lazımdır ki, "Like a Prayer" mahnısı Billboard Hot 100 də daxil olmaqla, bir çox çartlarda birinci yerləri tutub. Rolling Stone jurnalı isə onu bütün zamanların 500 ən yaxşı mahnısı siyahısına daxil edib.

Klip yayımlandığı dövrdə keçən əsrin ən qalmaqallı videolarından biri olub. Buna səbəb klipin din və irqçilik mövzularına toxunmasıdır. Klipdə Madonna qaradərili müqəddəsin heykəli qarşısında dua edir və heykəl canlanır. Bu səhnə bir çoxları tərəfindən təhqiramiz hesab edilib və Vatikanda daxil olmaqla, dini təşkilatlar tərəfindən tənqid olunub. Bundan əlavə, klipdə yanan xaçlar təsvir olunub ki, bu da Ku Klux Klanın irqçi aksiyaları ilə assosiasiya edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560

Oxşar yazılar