Sabah saat 10:00-dan axşam saatlarına qədər Zabrat qəsəbəsinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Məlumata görə, fasiləyə səbəb qəsəbəni içməli su ilə təchiz edən xətdə təmir işlərinin aparılmasıdır.
İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.