Trampdan Çinə zərbə -  Rüsumlar 125 faiz oldu
09 aprel 2025 21:44 (UTC +04:00)

Trampdan Çinə zərbə - Rüsumlar 125 faiz oldu

ABŞ-ın Çinə tətbiq etdiyi rüsumlar 125%-ə çatdırılıb.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

"Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-ın Çinə tətbiq etdiyi rüsumları 125%-ə qaldırıram və bu qərar dərhal qüvvəyə minir", - bildirib.

Qeyd edək ki, Trampın bu qərarı Çinin ABŞ mallarına qarşı 84% rüsum tətbiq etməsindən sonra olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1450

Oxşar yazılar