Gəncədə kişiyə başından butulka ilə xəsarət yetirilib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.
Belə ki 1993-cü il təvəllüdlü R. Mayılov başının təpə nahiyəsinin və üzünün çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə R. Mayılov dava zamanı başından butulka ilə vurulub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.