Əfsanəvi futbolçu Mbappenin  “Qızıl top” üçün şanslarını   dəyərləndirdi
09 aprel 2025 18:18 (UTC +04:00)

Əfsanəvi futbolçu Mbappenin “Qızıl top” üçün şanslarını dəyərləndirdi

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo "Real"ın hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb. 

Lent.az bildirir ki, bu barədə “L’Équipe” xəbər verir.

Qeyd olunur ki, futbol əfsanəsi fransızın "Qızıl top"u qazana biləcəyinə şübhə etmir.

"O, çox bəyəndiyim oyunçulardan biridir. O, mənim böyük dostumdur. Ona etdiyi hər şeyə görə hörmət edirəm. Onun İspaniya çempionatına gəldiyi üçün çox şadam.

O, tarixi bir klubdadır ki, bu da ona inkişaf etməsinə və çatışmayan vacib kubokları qazanmasına imkan verməlidir", - Ronaldinyo deyib.

Bildiyiniz kimi, Mbappe ötən yay azad agent kimi “Real”a keçib. Bu mövsüm futbolçu bütün turnirlərdə 46 oyun keçirib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080

Oxşar yazılar