"Çelsi" 120 milyona "Real"ın ulduzunu  almağa hazırlaşır
09 aprel 2025 19:20 (UTC +04:00)

"Çelsi" 120 milyona "Real"ın ulduzunu almağa hazırlaşır

İngiltərənin "Çelsi" klubu "Real"ın ulduzu Rodriqo Silva de Qoisi transfer etmək istəyir.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qeyd olunur ki, "Çelsi" 24 yaşlı futbolçunu yeni hücumameyilli lider kimi görür. İngiltərə klubu braziliyalı üçün 120 milyon avro təklif etməyə hazırdır.

Xatırladaq ki, Rodriqo 2019-cu ildə "Real"da oynamağa başlayıb.

Braziliyalının "Santos"dan transfer 45 milyon avro təşkil edib. Ümumilikdə o, Madrid klubunun heyətində 68 qol vurub.

Rodriqo Braziliya millisində də yaxşı çıxış edib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar