Sabah evdən çıxanda çətir götürməyi  unutmayın - HAVA PROQNOZU
30 oktyabr 2024 12:15 (UTC +04:00)

Sabah evdən çıxanda çətir götürməyi unutmayın - HAVA PROQNOZU

Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 70-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5475
avatar

Oxşar yazılar