Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU
23 iyul 2025 12:20 (UTC +04:00)

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

İyulun 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şətaitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41° isti dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1268

Oxşar yazılar