Leysan yağacaq  - XƏBƏRDARLIQ
23 iyul 2025 19:03 (UTC +04:00)

Leysan yağacaq - XƏBƏRDARLIQ

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar